AZ

Cəlilabadda dabaq xəstəliyi yayılıb

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Cəlilabad rayonunda heyvanlar arasında kütləvi dabaq xəstəliyi müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, xəstəlik daha çox rayonun Sərhədabad və Adnalı kəndlərindəki iribuynuzlu heyvanlar arasında yayılıb.

Sakinlərin bildirdiyinə görə, xəstəliyin əsas ocağı həftənin bazar günləri fəaliyyət göstərən heyvan bazarıdır. Çünki satış üçün bazara aparılan iribuynuzlu heyvanlarda bir müddət sonra dabaq xəstəliyinə yoluxma halları qeydə alınır. Bu da bazar ərazisində virusun sürətlə yayılma ehtimalının yüksək olduğunu göstərir.

Hazırda rayon ərazisində daha çox heyvan alveri ilə məşğul olan şəxslərin təsərrüfatlarında dabağa yoluxmuş heyvanlara rast gəlinir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
6
bakivaxti.az

7Mənbələr