AZ

Bazar iqtisadiyyatı və istehlakçı davranışları – TƏHLİL + FOTO

İnsan tələbatının müəyyən təsərrüfat fəaliyyəti ilə istehsal olunan məhsullarla ödənilməsi iqtisadiyyatın mövcudluğunun səbəbidir. İnsanların həyatlarını davam etdirmək üçün istehsal etdiklərini və istehlak etdiklərini bölüşdürmə üsullarını və bu fəaliyyətlərdən doğan əlaqələri araşdıran elm iqtisadiyyatdır. Bu yerdə məşhur iqtisadiyyat alimi və həmçinin kapitalizmin atası hesab olunan Adam Smith tərəfindən deyilən fikir yada düşür. Onun fikirlərinə görə “sərvət əldə etmək üçün həyata keçirilən bütün araşdırmalar iqtisadiyyat elminin sahəsidir”.  Bu fikir əslində günümüzdə kapitalizmin inkişafı ilə bərabər nə qədər doğru olduğunu göstərməktədir. Çünki makro və mikro iqtisadi sahədə başverən dəyişiklər insanların rifah səviyyəsinə ciddi təsir göstərməktədir. Bu isə öz növbəsində istehlakçıların və istehsalçıların davranışlarına təsir göstərməktədir.

İngiliz demoqrafik və siyasi iqtisadiyyat üzrə nəzəriyyəçi olan Tomas Robert Malthus (1766-1834) insanların nüfuz artımı ilə istehsal arasında əlaqənin tərs mütanəsib olduğu nəzəriyyəsini ortaya çıxarmışdır. Özəlliklə insan sayının geometrik, istehsalın isə aritmerik bir şəkildə artacağını bildirməktədir. Həmdə bu teori insanların gələcəkdə aclıqdan öləcəğini düşünməktədir. Sürətlə artan dünya nüfus sayı isə məcburi olaraq istehlak məhsullarının miqdarının və çeşiti ilə düz mütənasib olmuşdur. Əsasda dünyada mövcud enerji resuslarından istifadə inanılmaz dərəcədə yüksəlmişdir. Foton nəzəriyyəsinə görə günəş enerjisi 1960”lardan etibarən dünyanın bol enerjili, xammadəli və qida maddələri vaxtına yer almışdır. Günəş, külək, nüvə enerjisi, yeraltı istilik mənbələri və bərpa olunan enerji mənbələrinin tətbiqi ilə yaxın gələcəkdə ucuz, çirkləndirici olmayan və məhdudiyyətsiz enerji təmin ediləcək. Yeni texnologiyaların sonsuz resurs əldə etmək üçün Sonsuz Kainatda təklif etdiyi bu inkişaf dövründə dünyada qıtlığın olacağını söyləmək olmaz. Yalnız yanlış idarəçilik, ədalətsiz bölgü və resursların israfı süni qıtlıq yarada bilər. Bu isə doğru olmayan istifadə nəticəsində istehlak qiymətlərin artmasına yol açıb.

İqtisadiyyatın ümumi əməliyyat balansı pul dövriyyəsi ilə mal və xidmət dövriyyəsi dəyərlərinin bir-birinə bərabər olduğu vəziyyəti göstərir. Tarazlığın və ölçünün pozulmadığı bu tarazlığa təbii iqtisadi tarazlıq deyilir. Bəsit bir şəkildə, istehsalçı və istehlakçı arasında əlaqə süni qadağalar olmadan bazar iqtisadiyyatında öz tələb-təklifini formalaşdıra bilməktədir.

Azərbaycan Prezidenti İlham Əliyevin  daim Azərbaycanın uğurlarının artırılmasında bazar iqtisadiyyatı modelini vurğulaması bizə bu modelin nə qədər vacib olduğunu bildirməktədir. Özəlliklə iqtisadi müşavirələrdə dövlət başçısı daima “İslahatlara alternativ yoxdur!” cümləsini işlətməsi bizim modeli öyrənməyimizin nə qədər vacib olduğunu sübut etməkdədir. Bazar iqtisadiyyatı modeli günümüzdə Azərbaycanda uğurlu bir şəkildə həyata keçirilməktədir. Bu model əsasənda qurulan iqtisadiyyatımız isə gün keçdikcə daha çox inkişaf etməktədir. Ancaq yeni və dinamik olan dünyada investitsiya həcmləri sürətlə dəyişməkdədir. Dinamik olan inkişaf modelində isə Azərbaycanın davamlı inkişafı üçün atılacaq addımlar arasında təhsil və tədqiqata investisiyalar önə çıxır. İnsan kapitalının inkişafı texnoloji yeniliklərə uyğunlaşmaq və biliyə əsaslanan iqtisadiyyata keçid üçün mühüm amildir. Azərbaycan üçün gələcək perspektivlər arasında ölkənin güclü iqtisadi əsasları və strateji üstünlükləri əsasında kifayət qədər müsbət görünür. Azərbaycan enerji ehtiyatları zənginliyi, coğrafi mövqeyi və investisiya potensialı ilə regionda görkəmli ölkədir.

İqtisadi artım baxımından Azərbaycan innovativ sənayelərə investisiyalar və infrastruktur inkişafları sayəsində mühüm addımlar atır. Xüsusilə enerji sektorunda əldə etdiyi nailiyyətlər ölkənin regional liderliyini gücləndirib. Azərbaycan alternativ enerji mənbələrinə, eləcə də neft və təbii qaz ehtiyatlarına diqqət yetirərək dayanıqlı enerji siyasəti aparır. Azərbaycan iqtisadi perspektivləri gücləndirmək üçün dövlət siyasəti səmərəli şəkildə həyata keçirilməlidir. İqtisadi islahatların davamlı monitorinqi və yenilənməsi rəqabətli biznes mühitinin təmin edilməsi və investisiya mühitinin yaxşılaşdırılması üçün çox vacibdir.

Xüsusilə Azərbaycanın strateji yerləşməsi logistika və nəqliyyat sektorlarında böyük imkanlar təqdim edir. Azərbaycanın strateji yerləşməsi onu beynəlxalq ticarətin kəsişmə nöqtələrindən birinə çevirir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Xəzər dənizi üzərindən keçən enerji dəhlizləri və Bakı limanının modernləşdirilməsi kimi layihələr ölkənin logistik infrastrukturunu gücləndirir və regional ticarətin canlanmasına töhfə verir. Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi layihələri regional və qlobal ticarətin canlanmasına töhfə verir. Eyni zamanda, Azərbaycanın Xəzər dənizində strateji yerləşməsi dəniz ticarəti və logistika sektorunda böyük potensialdan xəbər verir.

Azərbaycan iqtisadiyyatının əsasını istehsal və istehlakçılar arasında olan münasibət təşkil edir. Azərbaycanda istehsalçı və istehlakçı arasında iqtisadi əlaqələr, müsbət bir tərəfdaşlıq və mütəxəssislərin ixtisaslaşdığı bir sahədir. İstehsalçılar, effektiv və keyfiyyətli məhsulların yaradılması üçün sərbəst iqtisadiyyatın prinsiplərindən istifadə edirlər, habelə inkişaf edən texnologiyalardan maksimum fayda sağlamağa çalışırlar.

İstehlakçılar isə, onların istəklərinə cavab verən məhsulların və xidmətlərin təmin olunmasına fokuslanır. Onlar, istehsalçıların təklif etdiyi çeşidlilik və keyfiyyət əsasında seçimlərini edirlər və rəqabət mühitində ən yaxşı qiymət-məhsul nisbətini tapmaq üçün çalışmakdadırlar.

Bu iqtisadi əlaqələr ərazidəki dövlət təşkilatları tərəfindən də nəzarət olunur və qanunvericilik və müvafiq regulatorluq vasitəsilə tənzimlənir. Həmçinin, bu münasibətlər, ticarət qaydaları və iqtisadi layihələr vasitəsilə də inkişaf etdirilir.

Azərbaycanda istehsalçı və istehlakçı arasında əlaqələr, iqtisadi inkişafın və sürətli büyümənin əsas dayanacaqlarından biri kimi qiymətləndirilir. Bu əlaqələr vasitəsilə müsbət iqtisadi gedişat yaratmaq, sənaye sahələrinin inkişafını təmin etmək və iş yaradıcılığını dəstəkləmək mümkün olur.

Yeni qlobal və sürətlə teknologiyanın inkişaf etdiyi dönəmdə mənimdə Azərbaycan iqtisadiyyatı ilə bağlı bəzi fikir və təkliflərim vardır:

İxrac Müxtəlifliyi və Ticarət Sazişləri: Azərbaycan iqtisadi inkişafın davamlılığı üçün ixrac müxtəlifliyini artırmaq üçün strategiyalar hazırlanabilər. Ticarət müqavilələri və azad ticarət zonaları yaratmaqla beynəlxalq bazarda rəqabət üstünlüyü əldə etmək mümkün ola bilər. Bununla da Azərbaycanın ixrac gəlirləri artır və iqtisadiyyat çoxşaxəli struktur qazanır.

İnnovasiya və Ar-Ge İnvestisiyaları: Azərbaycan davamlı inkişafı təmin etmək üçün innovasiya və tədqiqat və inkişaf (R&D) fəaliyyətlərinə diqqət yetirməlidir. İnnovativ ideyaların dəstəkləndiyi və texnoloji innovasiyaların təşviq edildiyi ekosistemin yaradılması ölkənin rəqabət qabiliyyətini artıra bilər. Bu kontekstdə universitetlər, tədqiqat mərkəzləri və özəl sektorla əməkdaşlıq mühüm rol oynayır.

İnsan Resurslarının İnkişafı: Azərbaycanın iqtisadi perspektivlərini gücləndirmək üçün insan resurslarının inkişafına xüsusi diqqət yetirilməlidir. Təhsil sistemi işçi qüvvəsinin bacarıqlarının inkişafına və innovasiya yönümlü təlim proqramlarına diqqət yetiriləbilər. Bacarıqlı işçi qüvvəsi məhsuldarlığın artmasına təkan verir və daha rəqabət qabiliyyətli iqtisadiyyat yaradır.

Davamlılıq və Yaşıl İqtisadiyyat: Qlobal miqyasda davamlılıq və yaşıl iqtisadiyyat məsələləri əhəmiyyət kəsb edir. Azərbaycan ekoloji cəhətdən şüurlu iqtisadiyyata keçid üçün siyasət və layihələri dəstəkləməlidir. Bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi tədbirləri və ekoloji davamlılığa yönəlmiş siyasətlər həm iqtisadi artımı dəstəkləyir, həm də təbii ehtiyatları qoruyur.

Maliyyə Sektorunun Gücləndirilməsi: Güclü maliyyə sektoru iqtisadi sabitliyin təmin edilməsi üçün çox vacibdir. Azərbaycanın bank sistemini və kapital bazarlarını inkişaf etdirmək, investisiya mühitini yaxşılaşdırmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək lazımdır. Eyni zamanda, maliyyə tənzimlənməsinin gücləndirilməsi və şəffaflığın artırılması investorların inamını artırır.

Azərbaycan təbii sərvətləri ilə yanaşı, aqrar sahədəki potensialı ilə də diqqət çəkir. Kənd təsərrüfatının modernləşdirilməsi və məhsuldarlığın artırılması ilə kənd təsərrüfatı məhsullarının ixracı mühüm hərəkətverici qüvvəyə çevrilə bilər. Ölkənin kənd təsərrüfatı potensialı iqlim və torpaq quruluşu kimi təbii amillərlə dəstəklənir. Aqrar sahədə müasir texnikanın tətbiqi, suvarma sistemlərinin təkmilləşdirilməsi və kənd təsərrüfatı texnikası ilə mexanizasiyanın artırılması məhsuldarlığın və istehsalın xeyli yüksəlməsini təmin edir. Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında rəqabətədavamlı olması üçün məhsul çeşidinin artırılması, keyfiyyət standartlarının yüksəldilməsi lazımdır. Xüsusilə, ekoloji təmiz kənd təsərrüfatı, qida təhlükəsizliyi və davamlı istehsala investisiyalar Azərbaycan kənd təsərrüfatının beynəlxalq bazarda dəyərini artıra bilər. Bununla belə, aqrar sektorda baş verən hadisələr təkcə istehsal fazasına deyil, həm də kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və marketinqinə diqqət yetirməlidir. Kənd təsərrüfatı sənayesində bütün dəyər zəncirinin gücləndirilməsi iqtisadi artım üçün mühüm fürsət təqdim edir.

Fikrimcə, bu amillər Azərbaycan iqtisadiyyatının gələcək perspektivləri formalaşdırarkən nəzərə almalı olduqları mühüm məqamlardır. Strateji planlaşdırma və düzgün siyasət addımları ilə Azərbaycanın iqtisadi artım potensialını daha da inkişaf etdirə, beynəlxalq rəqabətə davamlı iqtisadiyyatı gücləndirə bilərik. Özəlliklə son bir neçə ildə nəzərə alsaq ki, iqtisadi islahatlar sürətlənib bunun bizə verəcəyi dəyər zənciri yüksək olacaqdır. Özəlliklə gələcək illərdə iqtisadi islahatlarda fayda əmsallarının artımı hiss olunacaqdır.

Fərhad QURBANOV

Maliyyə mütəxəssisi

Seçilən
316
50
medianews.az

10Mənbələr