AZ

Madriddə bina çöküb - Yaralananlar var

İspaniyanın paytaxtı Madriddə təmir işləri aparılan bina çöküb.

Missiya.Az xəbər verir ki, hadisə Hileras küçəsində, San Gines şokolad mağazasının yaxınlığında baş verib.

Nəticədə 3 işçi xəsarət alıb, onlardan birinin ayağı sınıb. Əraziyə çoxsaylı xilasedici qruplar cəlb olunub. Polis dağıntılar altında qalanların olub-olmadığını müəyyənləşdirmək üçün axtarış aparır.

Məlumata görə, bina əvvəl yaşayış məqsədilə istifadə olunub və dördulduzlu otelə çevrilməsi üçün təmir edilirdi. Hadisə zamanı bina boş olub.

Hadisə ilə əlaqədar Bayilen küçəsindən Sol meydanına gedən yol bağlanıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
98
45
missiya.az

10Mənbələr