Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvəsində liderlər Qəbələ Bəyannaməsi ilə TDT+ formatının yaradılması və TÜRKSOY-un gücləndirilməsi və inkişaf etdirilməsi barədə qərarlara imza atıblar.
Zirvə Azərbaycan Prezidenti İlham Əliyev-in ev sahibliyi ilə “Regional Sülh və Təhlükəsizlik” mövzusunda Azərbaycan Respublikasının Qəbələ şəhərində keçirilib. Zirvədə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan Prezidenti Sadır Caparov, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və TDT Baş katibi Böyük Elçi Kubanıçbek Ömüraliyev iştirak edib. Müşahidəçi ölkələrdən isə Macarıstan Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdimuhəmmədov və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar zirvədə təmsil olunub.
Liderlər zirvənin sonunda TDT+ formatının yaradılması və TÜRKSOY-un inkişafı ilə bağlı qərarları rəsmən təsdiqləyiblər.