AZ

Ərdoğanla Rusiya Prezidenti arasında telefon danışığı oldu

BAKI, 7 oktyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, liderlər Türkiyə ilə Rusiya arasındakı ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan Türkiyənin Qəzzada atəşkəsin təmin olunması və humanitar yardımın bölgəyə çatdırılması üçün səylər göstərdiyini ifadə edib.

Türkiyə Prezidenti Ukrayna-Rusiya müharibəsinin də ədalətli və davamlı sülh ilə nəticələnməsi üçün diplomatik təşəbbüslərin sürətləndirilməsinin vacibliyini bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan həmçinin Rusiya Prezidenti Vladimir Putini ad günü münasibətilə də təbrik edib.

Seçilən
9
teleqraf.com

1Mənbələr