AZ

Gəncədə yol qəzası baş verdi - Xəsarət alan var

Gəncədə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb. Hərəktədə olan minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarında olan hasara çırpılıb. Qəza zamanı sürücü - 1988 ci il təvəllüdlü E.Allahverdiyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Seçilən
124
4
news24.az

5Mənbələr