Türkiyə nümayəndə heyəti hazırda Misirin Şarm əl-Şeyx şəhərində davam edən Qəzza zolağında dolayı atəşkəs danışıqlarında iştirak etməyi planlaşdırır.
Moderator.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İhbariyyə" telekanalı məlumat yayıb.
Telekanalın mənbələrinin bildirdiyinə görə, Qətər, ABŞ və Türkiyədən nümayəndə heyətləri Sinay yarımadasına gəlməkdə davam edir və onların nümayəndələri məsləhətləşmələrdə iştirak edəcək.
Türkiyə nümayəndə heyətinin tərkibi hələlik açıqlanmayıb.