AZ

İranda futbol matçında oyunçulardan birinin anası meydançaya qaçıb hakimin sifətinə zərbə endirdi

Oxu.az saytına istinadən ain.az xəbər verir.

İranın Tehran şəhərində yerli futbol komandaları arasında keçirilən oyun zamanı gözlənilməz hadisə baş verib. "Setareqan-e Sorx" - "Yaran-e Fərhad" oyununda hakimin qərarı futbolçulardan birinin anasının etirazına səbəb olub.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Məlumata görə, matç zamanı "Setareqan-e Sorx"un əsas qapıçısı meydandan kənarlaşdırılıb. Onun yerini ikinci qapıçı tutub və daha sonra o, hakimlə mübahisəyə başlayıb. Bu zaman insident baş verib, qapıçının anası emosiyalarını saxlaya bilməyib və qaçaraq meydançaya girib.

Ən təəccüblüsü odur ki, qadın hakimə hücum edərək, onun sifətinə zərbə endirib. Hadisə azarkeşlər və oyunçular arasında çaşqınlıq və təşvişə səbəb olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
3
oxu.az

4Mənbələr