AZ

Almaniya millisini Türkiyəyə dəyişə bilər

Sportal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Auqsburq"un futbolçusu Mert Kömür Türkiyə millisində çıxış edə bilər.

Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) mövsümə uğurlu start verən 20 yaşlı hücumameyilli yarımmüdafiəçini milliləşdirmək üçün hərəkətə keçib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Federasiya yaxın zamanda gənc oyunçu ilə danışıqlara başlamağı planlaşdırır.

Mert Kömür Almaniyanın U-21 yığmasının üzvüdür. O, istəsə Türkiyənin əsas millisində oynaya bilər.

Qeyd edək ki, futbolçu bu mövsüm "Auqsburq"un heyətində meydana çıxdığı 7 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
sportal.az

2Mənbələr