AZ

“İngiltərə yığmasında hamımız eqoist uduzanlar idik”

“Liverpul”un və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Stiven Cerrard öz dövründə yığmanın böyük turnirlərdə niyə uğursuz çıxış etdiyi ilə bağlı danışıb.

90deqiqe.Az-ın məlumatına görə, sabiq futbolçu bu barədə “Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinandın podkastında çıxışı zamanı deyib.

“İngiltərə millisində, mənim fikrimcə, əsas problem eqo idi — biz hamımız eqoist uduzanlar idik. İndi televizorda Karragerlə Skoulzun futbol debatlarında yanaşı oturduğunu görəndə elə təsir bağışlayır ki, sanki onlar 20 ildir dostdurlar. Eyni münasibət Karragerlə Nevill arasında da var. İndi, yəqin ki, səninlə 15 il əvvəlkindən daha çox və səmimi ünsiyyət qururam.

Bəs niyə biz 20, 21, 22, 23 yaşımızda belə deyildik? Günah eqoda idi, yoxsa klublar arasındakı rəqabətdə? Niyə ancaq indi daha yetkinləşəndən sonra bir-birimizlə normal münasibət qura bilirik? Niyə bunu o vaxt etmədik, milli komandada oynayanda?” — deyə Cerrard bildirib.

Onun sözlərinə görə, həmin dövrdə İngiltərə yığması daxilində birlik yox idi:

“Komandada biz kifayət qədər yaxın deyildik. Hər kəs çox vaxt öz otağında qalırdı. Biz nə dost, nə də bir ailə kimi idik. Heç bir turnirdə özümüzü güclü və birləşmiş komanda kimi göstərə bilmədik.”

Seçilən
4
90deqiqe.az

1Mənbələr