AZ

"İtaliya futbolu aşağıya doğru gedir"

“İnter”in prezidenti Cüzeppe Marotta hazırkı İtaliya futbolu ilə bağlı narahatlığını ifadə edib.

90deqiqe.Az xəbər verir ki, "Tuttomercatoweb" funksionerin dediklərini belə çatdırıb.

“Əsas problem ondadır ki, futbolumuz geriləyir. Artıq biz keçid liqasına çevrilmişik, 2000-ci illərdəki kimi Eldorado adlandırmaq olmaz. İndi böyük oyunçular bu çempionata yalnız 40 yaşlarında gəlirlər.

Məsələn, “Real” Mastauntuono üçün 60 milyon avro ödəyib, İtaliyada isə gənc oyunçulara 35 milyon avrodan çox pul verilməz. Burada transfer bazarı məhduddur. “İnter”, “Milan”, “Yuventus”, “Roma”, “Napoli” və “Atalanta” kimi böyük klublar kapital artımına fokuslanıb. 2000-ci illərdə klublar oyunçularını nadir hallarda satırdılar, amma bu gün maliyyə hesabatını düzgün təqdim etmək üçün kapital artımına diqqət yetirmək lazımdır. Əsas fərq də buradan irəli gəlir və bu, xarici teletranslyasiya hüquqlarının bizdən 10 dəfə baha satılması ilə bağlıdır” 

Seçilən
2
90deqiqe.az

1Mənbələr