Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Almaniyanın qərbindəki Şimali Reyn-Vestfaliya əyalətində yerləşən Herdecke şəhərinin meri İris Stalzer bıçaqlanıb.Reyting.az xəbər verir ki, 57 yaşlı İris Stalzer evinin qarşısında hücuma məruz qalıb. Onu yaralı vəziyyətdə oğlu tapıb. Stalzer küçədə bir neçə kişinin hücumuna məruz qaldığını bildirib. Hazırda Stalzerin vəziyyəti ağırdır. O, mədəsindən və kürəyindən çoxsaylı bıçaq xəsarətləri alıb.Hücum edən(lər)in kimliyi və hadisənin motivi hələlik məlum deyil. Polis “Zeit” qəzetinə əlavə təfərrüat vermədən cinayətkarların tutulması üçün əməliyyat-axtarış tədbirlərinin aparıldığını təsdiqləyib.Qeyd edək ki, İris Stalzer Almaniya Sosial Demokrat Partiyasının nümayəndəsidir. O, sentyabrın 28-də, seçkilərin ikinci turunda səslərin 52,8 faizini toplayaraq Herdecke şəhərinin meri seçilib.V. QULİYEV Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.