AZ

SOCAR Bolqarıstanda neft emalı zavodu almaqda maraqlıdır

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın "LUKOYL"şirkətinin Bolqarıstandakı neft emalı zavodunda maraqlı olduğunubildirib.

Bu barədə Trend-əməlumatlı mənbə bildirib.

Qeyd edək ki, Bolqarıstan mənbələrinin məlumatına görə, SOCARTürkiyənin “Cengiz” holdinqi ilə birlikdə Burqasdakı “LUKOIL” neftemalı zavodunu almaq üçün konsorsium yaradıb.

Aktiv üçün digər iddiaçılar arasında beynəlxalq treyder "Vitol",Macarıstanın "MOL Group", Qazaxıstanın milli neft şirkəti"KazMunayGas" və Türkiyənin "OYAK" pensiya fondu var.

SOCAR və "LUKOYL" bu məlumatı şərh etməyiblər.

“SOCAR Bolqarıstanın müvafiq dövlət qurumları və şirkətləri iləmüxtəlif sahələrdə - qaz təchizatı, qazın bölüşdürülməsi, neftməhsulları bazarında mövqeyinin genişləndirilməsi üzrəBolqarıstanda uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıqstrategiyası həyata keçirir. Təbii ki, bu baxımdan "LUKOYL"inBolqarıstandakı aktivləri də şirkət üçün maraqlıdır. SOCAR buməsələni araşdırıb, müvafiq məsləhətləşmələr və danışıqlar aparıb",- deyə agentliyin həmsöhbəti bildirib.

Məqalədə:
Seçilən
91
3
az.trend.az

5Mənbələr