AZ

Ronaldo “Yuventus”da su qabların analiz edirmiş - Klubun direktoru

“Yuventus”un keçmiş direktoru və hazırda “İnter”in baş direktoru olan Cüzeppe Marotta Kriştiano Ronaldo ilə bağlı maraqlı xatirələrini danışıb.

İdman.biz bildirir ki, hazırda “Əl Nəsr”də çıxış edən Kriştiano Ronaldo 2018-ci ilin yayında “Real”dan ayrılaraq “Yuventus”a keçib və 2021-ci ilədək burada oynayıb.

“Yuventus”da mənim Kriştiano Ronaldo ilə bəxtim gətirdi. O, digərlərindən fərqlənirdi, çünki o, hətta su qablarını analiz edirdi. O, həkimə gedib qabın içərisində nə olduğunu, onların xüsusiyyətlərinin nə olduğunu soruşurdu. Əgər o, bu gün də çempiondursa, deməli, belə şeylərdə də çempiondur. Alqoritm çox faydalı bir şey olsa da, həlledici deyil”, - Marotta deyib.

İdman.biz

Seçilən
9
1
idman.biz

2Mənbələr