AZ

Süni intellekt sahəsində böhran gözlənilir

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

Sem Altman Süni intellekt sənayesində böhran baş verə bilər. Reyting.az xəbər verir ki, bunu ABŞ-nın "OpenAI" şirkətinin baş direktoru Sem Altman deyib.Texas ştatının Abilene şəhərində inşa edilən, "OpenAI" şirkətinə məxsus məlumat mərkəzlərindən birində tikinti işlərinə baxış zamanı milyarder Altman bildirib ki, sənayeni maliyyə baxımından çökdürə biləcək gücdə olan çox böyük risklər var. Onun sözlərinə görə, ötən 10 il ərzində olduğu kimi, qarşıdakı onilliklər boyunca da yüksəlişlərlə bərabər, təhlükəli enişlər olacaq. "Wall Street Journal" nəşrinin yazdığına görə, ABŞ-da son iki rübdə süni intellekt sənayesinə yatırılmış sərmayələr iqtisadi artımdan daha çox ev təsərrüfatlarının bütün xərclərinə təsir edib.Sem Altmanın açıqlamasına dəstək ifadə edən yerli mütəxəssislər də xəbərdarlıq ediblər ki, əgər süni intellektin "balonu" partlasa, bu, həm də qlobal iqtisadiyyata çox ciddi zərbə vura bilər. Oqtay QORÇU Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
reyting.az

2Mənbələr