AZ

"Qalatasaray"dan İkardi ilə bağlı gözlənilməz qərar

"Qalatasaray" klubu argentinalı hücumçu Mauro İkardinin yeni müqavilə ilə bağlı istəyini rədd edib.

Missiya.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 32 yaşlı futbolçu ilə mövsümün sonuna qədər danışıqlar aparmayacaq.

Uzun müddətlik zədədən sonra meydana qayıdan İkardi son matçlarda vurduğu qollarla ön plana çıxsa da, fiziki durumu və meydandakı davranışı klub rəhbərliyi və texniki heyətin diqqətini çəkib.

Futbolçunun son oyunlarda ehtiyat oyunçular skamyasında əyləşməsindən və yeni müqavilənin hələ imzalanmamasından narazı olduğu bildirilir. Bu narazılığın onun performansına mənfi təsir edə biləcəyi ehtimal olunur.

Qeyd edək ki, Mauro İkardi 2022-ci ildən "Qalatasaray"ın formasını geyinir. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
31
7
missiya.az

10Mənbələr