AZ

Azad Şabanov əfsanəvi hitə yeni nəfəs verdi - VİDEO

Müğənni Azad Şabanov yaradıcılığında yeni səhifə açıb.

Yenisabah.az xəbər verir ki, o, əfsanəvi “Sevgilim, süz” ("Badə nəbadə") hitinə yeni nəfəs verib.

Sözügedən əsər Xalq artisti Aygün Kazımovanın “Best of Aygun - All start” albomunda öz yerini alıb. Azad Şabanov mahnını tam fərqli tərzdə və aranjımanda ifa edib. Rok janrında səslənən mahnı musiqisevərlərin rəğbətini qazanıb. pizza mizza

Mahnının musiqisi Əməkdar incəsənət xadimi Vaqif Gərayzadəyə, sözləri isə Teymur Məmmədova məxsusdur.

Yeni aranjımanı Emin Əliyev ərsəyə gətirib. Vokal prodüserliyi İsmayıl Əsədova aiddir. Gitarada Şamil Məmmədov, bas gitarada isə Genadi Yuqai ifa edib.

Azad Şabanov “Sevgilim, süz” mahnısını ilk dəfə Heydər Əliyev Sarayında baş tutan solo konsertində səsləndirib. Bu, müğənninin Kazımovanın repertuarına sayca ikinci müraciətidir.

 


Telegram kanalımız
Seçilən
55
8
yenisabah.az

10Mənbələr