Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələri şəhərlərin dayanıqlılığı və innovasiya sahələrində əməkdaşlığı gücləndirəcək.
Missiya.Az xəbər verir ki, bu barədə Qəbələ Bəyannaməsində məlumat əks olunub.
Bu məqsədlə ölkələr 13-cü Dünya Şəhər Forumu (WUF13) çərçivəsində TDT Davamlı Şəhərlər Forumunun yaradılmasına dair Bəyanatın imzalanmasını təşviq etdiklərini bildiriblər.