İstanbul Cumhuriyyət Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərə dair İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində, "narkotik və ya psixotrop maddə istifadəsi" ittihamı ilə bir neçə tanınmış şəxs barəsində əməliyyat həyata keçirilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində ifadəsi alınacaq şəxslər arasında "Kızıl Goncalar" serialında canlandırdığı Cüneyt Əfəndi obrazı ilə tanınan aktyor Mert Yazıcıoğlu da yer alır.
Ümumilikdə 19 nəfər ifadələrinin və qan nümunələrinin götürülməsi üçün İl Jandarma Komandanlığına aparılıb. Məlumata görə, sözügedən şəxslər barəsində həbs qərarı verilməyib. İfadə və qan analizləri tamamlandıqdan sonra onların sərbəst buraxılacağı bildirilib.
İfadəsi və qan nümunəsi alınacaq məşhurların siyahısı:
Birce Akalay, Berrak Tüzünataç, Ceren Moray Orcan, Demet Evgar Babataş, Deren Talu, Derin Talu, Dilan Polat, Duygu Özaslan Mutaf, Engin Polat, Feyza Altun, Hadise Açıkgöz, İrem Derici, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Metin Akdülger, Özge Özpirinçci, Zeynep Meriç Aral Keskin və Ziynet Sali.