AZ

Azərbaycan millisi Parisə yola düşdü

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Paris şəhərinə yola düşüb.

"Unikal" AFFA-nın saytına istinadla xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Aeroportunu tərk edib.

Komanda oktyabrın 9-da Bakı vaxtı ilə saat 22:00-da matçın baş tutacağı “Park de Prens” stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Seçilən
52
31
unikal.az

10Mənbələr