AZ

AzMİU tələbələri su ehtiyatlarının idarə olunması sahəsində Qazaxıstan təcrübəsini öyrəndilər (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalqelmi əməkdaşlıq istiqamətində fəaliyyətini davam etdirir. Buçərçivədə Qazaxıstan Respublikasının Qızılorda Universitetininprofessoru Emirbek Umbetulı universitetin Meliorasiya və sutəsərrüfatı tikintisi kafedrasında ezamiyyətdə olub.

Ezamiyyət müddətində qazaxıstanlı professor tələbələr üçün“Urbanizasiya və su ehtiyatlarının rəqəmsallaşdırılması” mövzusundamaster-klas da keçib.

Master-klasda professor Emirbek Umbetulı urbanizasiyaproseslərinin su ehtiyatlarının idarə edilməsinə təsiri, bu sahədəmüasir idarəetmə yanaşmaları, rəqəmsal platformalar vasitəsilə suresurslarının monitorinqi və modelləşdirilməsi kimi aktualməsələlər barədə geniş məlumat verib. O, Qazaxıstan təcrübəsindənkonkret nümunələr əsasında çıxış edərək, iştirakçılarda bu mövzuyadərin maraq yaradıb.

Tələbələr master-klas zamanı urbanizasiya və su ehtiyatlarınınidarə olunması mövzusunda praktiki biliklər qazanıb, suallarverərək elmi diskussiyalarda fəal iştirak ediblər. Görüşdə suehtiyatlarının səmərəli istifadəsi, iqlim dəyişiklikləri fonundadayanıqlı inkişaf prinsipləri və rəqəmsallaşmanın tətbiq imkanlarıətrafında müzakirələr də aparılıb.

Sonda master-klas qonaq professorla xatirə şəklinin çəkdirilməsiilə yekunlaşıb.

AzMİU-da bu kimi tədbirlərin təşkili universitetin elmipotensialının güclənməsinə, tələbələrin nəzəri və praktikibiliklərinin zənginləşməsinə, o cümlədən ali təhsil müəssisəsininbeynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edir.

AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
Məqalədə:
Seçilən
247
5
az.trend.az

6Mənbələr