AZ

Fransa-Azərbaycan oyununun hakimləri açıqlandı

Azərbaycan milli komandasının oktyabrın 10-da Fransa yığması ilə Parisdə keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

Sitat.info  AFFA-nın saytına istinadən xəbər verir ki, “Park de Prens” stadionunda təşkil olunacaq görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək.

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

Matçın baş hakimi Rohit Saqqi olacaq. Ona yan xətdə Yorgen Ronninq Valstadsve və Ole Andreas Haukasen kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Daniel Higraff yerinə yetirəcək. VAR-da Tom Harald Hagen, AVAR-da Siqurd Krinqstad olacaq.

Seçilən
17
15
sitat.info

10Mənbələr