AZ

2025-ci il Kimya üzrə Nobel Mükafatı laureatları açıqlanıb

İsveç Kral Elmlər Akademiyası 2025-ci il Kimya üzrə Nobel Mükafatının sahiblərini elan edib.

Missiya.Az xəbər verir ki, mükafata yaponiyalı Susumu Kitagava, avstraliyalı Riçard Robson və amerikalı Ömər Yaqi layiq görülüblər. Alimlər bu mükafatı “metal-üzvi çərçivələrin inkişafı” sahəsindəki işlərinə görə qazanıblar.

Qeyd olunub ki, onlar molekulların daxil ola biləcəyi böyük boşluqlara malik yeni molekulyar strukturlar hazırlayıblar. Bu strukturlar su toplamaq, çirkləndiriciləri təmizləmək, karbon qazını tutmaq və hidrogen saxlamaq kimi sahələrdə istifadə olunub.

Xatırladaq ki, 2024-cü ildə kimya üzrə Nobel Mükafatı David Bakere, Demis Hassabis və Con Jumperə zülal dizaynı və struktur proqnozlaşdırılması üzrə işlərinə görə təqdim edilmişdi.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
90
missiya.az

1Mənbələr