AZ

Fransızlar yığmamıza 8 cavabsız qolla qalib gəldi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, 9-cu qrupda yer alan Aqil Nəbiyevin komandası səfərdə Fransanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Kapbreton şəhərindəki “Bourret” stadionunda keçirilən görüş rəqibin 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Azərbaycanın əsas milli komandası da növbəti matçını səfərdə Fransaya qarşı keçirəcək. Oyun DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək.

Fransa (U-17) - Azərbaycan (U-17) - 8:0
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
“Bourret” stadionu, Kapbreton

Seçilən
62
4
sportinfo.az

10Mənbələr