AZ

Sahiblərinin ən çox narazı qaldığı 11 avtomobil - SİYAHI

BAKI, 8 oktyabr. TELEQRAF

"Consumer Reports" sorğu agentliyi sahiblərinin ən çox narazı qaldığı avtomobillərin siyahısını müəyyənləşdirib.

Teleqraf xəbər verir ki, reytinqdə adi (sedan) avtomobillər, krossoverlər və yolsuzluq avtomobilləri yer alıb.

Sahiblərinin ən çox narazı qaldığı avtomobillər bunlardır.

Jeep Grand Cherokee PHEV
Jeep Compass
Volkswagen Taos
Mazda CX-90 PHEV
Nissan Sentra
Toyota Corolla Cross
Mercedes-Benz C-Class
Infiniti QX60
Audi Q8 E-Tron
Nissan Altima
Audi Q4 E-Tron

Jeep Grand Cherokee PHEV hibrid yolsuzluq avtomobili ən aşağı məmnunluq reytinqinə sahib olub.

Mütəxəssislər Jeep Grand Cherokee PHEV-in əsas problemini onun sinfi üçün nisbətən yüksək yanacaq sərfiyyatını göstəriblər.

"GOBankingRates" agentliyi isə ən etibarsız avtomobil kimi Mercedes-Benz GLS və Cadillac Escalade modellərini müəyyənləşdirib. "Bunlar çox rahat modellərdir, lakin onlar evakuatorların "sevimli sərnişinlər"idir.

Seçilən
57
1
teleqraf.com

2Mənbələr