İngiltərənin "Everton" klubu futbolçusu Ceyms Tarkovski ilə müqavilənin müddətini uzadıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi məlumat yayıb.
32 yaşlı müdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub. Onun əvvəlki müqaviləsinin müddəti gələn ilin yayında bitməli idi.
Qeyd edək ki, 2022-ci ildən "Everton"da çıxış edən Tarkovski cari mövsüm 9 matçda meydanda olub.
"Cebheinfo.az"