Hazırda dünyada gedən texnoloji proseslər dövlətlərin milli gündəminin əsas istiqamətlərindən birinə çevrilib. Bunu Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində deyib.
Musayevin sözlərinə görə, enerji, səhiyyə təhsil və digər sistemlərinin rəqəmsallaşması onları kiberməkanda potensial hədəfə çevirir.
O qeyd edib ki, bu gün keçirilən konfransda 20 yerli və 5 xarici komanda kibertəhlükəsizlik üzrə bilik və bacarıqlarını nümayiş etdirir.
“Bu tədbir yalnız yarış xarakteri daşımır, həm də kibertəhlükəsizlik sahəsində təcrübə və biliklərin paylaşılması üçün platformadır,” — Musayev vurğulayıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti son illərdə milli informasiya təhlükəsizliyi sisteminin modernləşdirilməsi, dövlət qurumlarında kibermüdafiə qabiliyyətlərinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Gülnar Nazimqızı