AZ

AMB: Hazırda Mərkəzi Bank QR ödənişlərin təşkili layihəsi üzərində işləyir

Bakı 9 oktyabr, AZƏRTAC

Hazırda Mərkəzi Bank QR ödənişlərin təşkili layihəsi üzərində işləyir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Xəlilov "Bakı Fintex Forum-2025"də çıxışı zamanı deyib.

V.Xəlilov qeyd edib ki, biz ödəniş sisteminin ölkəmizdə standartlaşdırılması ilə bağlı müzakirələr aparmışıq.

“Düşünürük ki, bu, sektorun inkişafı üçün önəmli addım olacaq və fintex sektorunun inkişafı üçün böyük imkandır. Mərkəzi Bank bu imkanları yaradan platformalar üzərində çalışır”, - deyə baş direktor vurğulayıb.

Seçilən
91
4
azertag.az

6Mənbələr