AZ

Azərbaycanın yeni data mərkəzləri 2027-ci ildə istifadəyə veriləcək

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycanda bu il iki yeni data mərkəzinin tikintisinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bunu “AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev "Baku Fintech Forum-2025"də çıxışı zamanı bildirib.

“2027-ci ilədək tikinti proseslərinin yekunlaşdırılması planlaşdırılır. Bu data mərkəzləri təkcə Azərbaycanda deyil, regionda ən böyük mərkəzlər olacaq. Onlardan biri Hacıqabul, digəri isə Abşeron rayonu ərazisində yerləşəcək”, - deyə F.Fərəcullayev qeyd edib.

Seçilən
20
4
azertag.az

5Mənbələr