AZ

Rusiya Xersonla Odessanı vurdu! Ölənlər və yaralananlar var

Hurriyyet.az xəbər verir ki, Rusiya Ukraynanın Xerson və Odessa vilayətlərindəki yaşayış məntəqələrinə zərbələr endirib. Həlak olanlar və yaralananlar var. 

Hücum zamanı dronlardan, aviasiya və artilleriya qüvvələrindən istifadə edilib. Hücum nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb.  

Bu barədə Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin öz "Teleqram" kanalında məlumat verib. Açıqlamada deyilir: "Hücumlar nəticəsində on şəxsi ev dağıdılıb, inzibati binalar, texniki xidmət stansiyası və şəxsi avtomobillər zədələnib. Rusiyanın hücumu nəticəsində iki nəfər həlak olub, 8 nəfər yaralanıb".

Odessa vilayətində isə dronların hücumu nəticəsində azı 5 nəfər yaralanıb. Bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat verib. Məlumatda deyilir: "İki yaşayış binası, inzibati bina və yanacaqdoldurma məntəqəsi yanıb. Bundan əlavə, limanın infrastrukturunda güclü yanğın baş verib - içərisində bitki yağı, nəqliyyat vasitələri və odunacaq olan konteynerlər yanıb".

Hürr Tərcüman

Seçilən
145
47
hurriyyet.az

10Mənbələr