AZ

Azərbaycanda tikilən iki obyekt regionun ən böyük data mərkəzləri olacaq

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Azərbaycanda rəqəmsal infrastruktura tələbatın artması nəzərə alınaraq, bu il iki yeni data mərkəzinin tikintisinə başlanılıb".

Oxu.Az xəbər verir ki, bunu "AzInTelekom" MMC-nin kommersiya direktoru Fərrux Fərəcullayev bu gün Bakıda keçirilən Fintex Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Abşeronda yerləşən data mərkəzi üzrə işlərin 2027-ci ildə yekunlaşması planlaşdırılır:

"Digər data mərkəzi isə Hacıqabulda tikiləcək. Ümumilikdə onlarla bağlı işlər 2030-cu ilə kimi yekunlaşacaq. Sözügedən obyektlər regionda ən böyük data mərkəzləri olacaq".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
oxu.az

1Mənbələr