BAKI, TurkicWorld, Nailə Babazadə
Misirdə aparılan atəşkəs danışıqları nəticə verib. İsrailin iki ildir davam edən soyqırımı ilə üzləşən Qəzzada atəşkəsin qüvvəyə mindiyi elan olunub.
TurkicWorld xəbər verir ki, HƏMAS məsələ ilə bağlı yaydığı açıqlamada vasitəçilik edən ölkələrə təşəkkür edib.
“Qətər, Misir və Türkiyədəki vasitəçi qardaşlarımızın səylərini böyük təşəkkürlə qarşılayırıq. Həmçinin müharibənin tamamilə dayandırılmasını və işğalçı İsrailin Qəzza zolağından tam şəkildə geri çəkilməsini hədəfləyən ABŞ Prezidenti Donald Trampın səylərini də yüksək qiymətləndiririk,” – deyə bəyanatda bildirilib.
Açıqlamada, İsrailin razılaşma üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə məcbur edilməsi və əldə olunmuş razılaşmalardan yayınmasına imkan verilməməsi çağırışı da yer alıb.
Qedy edək ki, bu gün HƏMAS Qəzzada atəşkəs razılaşmasına nail olunduğunu elan etdi.
Razılaşma işğal qüvvələrinin çıxarılması, humanitar yardımların daxil olması və əsirlərin mübadiləsini əhatə edir.
Fələstin İslam Müqavimət Hərəkatı - HƏMAS, Qəzzada davam edən müharibənin başa çatdırılmasını nəzərdə tutan razılaşmanın əldə edildiyini bəyan edib.
Hərəkatın açıqlamasında bildirilir ki, əldə olunmuş razılaşma müharibənin dayandırılması, İsrail işğal qüvvələrinin Qəzzadan çıxarılması, humanitar yardımların bölgəyə daxil olması və əsirlərin qarşılıqlı mübadiləsi kimi əsas maddələri əhatə edir.
HƏMAS rəhbərliyi razılaşmanın Qəzzada uzunmüddətli sülh və sabitliyin bərpasına, eyni zamanda humanitar böhranın yüngülləşdirilməsinə töhfə verəcəyinə ümid etdiklərini bildirib.