AZ

Ukrayna ordusu Rusiyanın Volqoqrad vilayətində strateji obyektlərə zərbə endirib  

Oktyabrın 9-na keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının Volqoqrad vilayətində yerləşən strateji obyektlərə - Korobkov qaz emalı zavodu və Yefimovka istehsalat-xətt dispetçer stansiyasına zərbələr endirib.

AZƏRTAC bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla məlumat verir.

Ukrayna hərbçilərinin məlumatına görə, oktyabrın 9-na keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının Volqoqrad vilayətində yerləşən Korobkov qaz emalı zavodu və Yefimovka istehsalat-xətt dispetçer stansiyasına zərbələr endirib.

Volqoqrad vilayətinin Kotovo şəhərində yerləşən Korobkov qaz emalı zavodu Rusiyanın cənubundakı ən böyük təbii qaz və səmt neft qazının ilkin emalı müəssisələrindən biridir, onun layihə gücü ildə 450 milyon kubmetr təbii və səmt qazı, habelə ildə 186 min ton təbii maye qazdır. Yefimovka istehsalat-xətt dispetçer stansiyası (LTDS) regionda ildə 50 milyon ton ötürmə qabiliyyətinə malik bir neçə əsas neft və neft məhsullarının nəqli xətlərinə xidmət göstərir.

Hər iki obyektdə partlayış və yanğın qeydə alınıb; dəymiş ziyanla bağlı məlumatlar dəqiqləşdirilir.

“Ukrayna Müdafiə Qüvvələri Ukraynaya qarşı silahlı təcavüzə son qoymaq üçün Rusiya Federasiyasının hərbi və iqtisadi potensialını sarsıtmağa yönəlmiş ardıcıl tədbirlər həyata keçirir”, -deyə Baş Qərargah qeyd edib.

Seçilən
12
2
azerbaijan-news.az

6Mənbələr