AZ

Azərbaycan və Bosniya və Herseqovina arasında itkin düşmüş şəxslərin taleyinin araşdırılması üzrə əməkdaşlıq memorandumu imzalanıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Bosniya və Herseqovinanın İtkin Düşmüş Şəxslər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.

Operativ Media xəbər verir ki, Memorandum ikitərəfli əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində əməkdaşlığı özündə ehtiva edir.

Qeyd edək ki, Memorandum layihəsinin müzakirəsi ilə əlaqədar 2025-ci ilin aprel ayında Dövlət Komissiyasının nümayəndə heyəti Sarayevo şəhərinə səfər edib. Səfər zamanı Anlaşma Memorandumunun layihəsi müzakirə edilib və razılaşdırılıb.

Seçilən
58
operativmedia.az

1Mənbələr