AZ

Macar yazıçısı ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü

2025-ci il üzrə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülən yazıçının adı açıqlanıb.

Bizim.Media xəbər verir ki, Nobel Komitəsi oktyabrın 9-da Laslo Krasnaxorkainin ədəbiyyat sahəsində Nobel mükafatına layiq görüldüyünü elan edib.

O, “apokaliptik dəhşətin ortasında belə sənətin gücünü təsdiqləyən, təsirli və vizioner yaradıcılığına görə” bu mükafata layiq görülüb.

Xatırladaq ki, ədəbiyyat üzrə ilk laureat fransız şairi Rene Sülli-Prüdom olub. Ümumilikdə isə 120 nəfər laureat seçilib ki, onların arasında Rudyard Kiplinq, Bernard Şou, Tomas Mann, Herman Hesse, Alber Kamyu və hətta Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçill kimi tanınmış şəxslər var.

Bizim.Media

Seçilən
55
4
bizim.media

10Mənbələr