AZ

Prezidentin çıxışının mərkəzində sülh və təhlükəsizlik məsələləri dayanırdı- ÖZƏL

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə etdiyi çıxış Türk Dövlətləri Təşkilatının gələcək inkişaf xəttini, üzv ölkələr arasındakı əməkdaşlığın yeni istiqamətlərini və türk birliyinin qlobal arenadakı rolunu aydın şəkildə müəyyənləşdirdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Prezident İlham Əliyevin vurğuladı kimi, Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəz kimi formalaşır. Bu, Azərbaycanın və digər üzv dövlətlərin birgə səylərinin, qarşılıqlı etimadın, müştərək dəyərlərin və strateji hədəflərin nəticəsidir. TDT-nin beynəlxalq nüfuzu durmadan artır, onun siyasi çəkisi və diplomatik təsir dairəsi genişlənir. Bu prosesdə Azərbaycanın rolu danılmazdır. Ölkəmizin təşkilatın Katibliyinə 2 milyon ABŞ dolları məbləğində ianə etməsi həm siyasi, həm də praktiki baxımdan TDT-nin institusional inkişafına töhfədir. Ölkə rəhbərinin də qeyd etdiyi kimi, daxili sabitlik, iqtisadi dayanıqlıq, gənc və dinamik əhali, müasir nəqliyyat infrastrukturuna malik geostrateji mövqe Türk dünyasını qlobal siyasətin mühüm aktoruna çevirir.
Prezidentin çıxışının mərkəzində sülh və təhlükəsizlik məsələləri dayanırdı. Dövlət başçısı qeyd etdi ki, Təşkilatın əsas sənədi olan Naxçıvan Sazişi məhz bu prinsiplər üzərində qurulub. Bugünkü mürəkkəb beynəlxalq şəraitdə - beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu bir zamanda - türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.
Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Azərbaycanla Türkiyə arasında hərbi və hərbi-texniki əməkdaşlıq model xarakter daşıyır. Yalnız son bir il ərzində iki ölkə arasında 25-dən artıq ikitərəfli və çoxtərəfli hərbi təlimlər keçirilib. Bu, türk dünyasının birliyini praktiki müstəviyə daşıyan ən real addımlardandır.
Dövlət başçısının 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi TDT-nin təhlükəsizlik arxitekturasının daha möhkəm əsaslar üzərində qurulması deməkdir. Bu, həm də türk dövlətlərinin vahid müdafiə konsepsiyasının təməl daşını təşkil edə bilər.

Prezident İlham Əliyevin çıxışında vurğulanan bir mühüm məqam da Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi oldu. 2020-ci il Vətən müharibəsində tarixi Zəfər, həmçinin 2023-cü ildə keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin torpaqları üzərində dövlət suverenliyi bərpa edildi. Bu, yalnız hərbi qələbə deyil, həm də ədalətin və beynəlxalq hüququn bərpası idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
45
olaylar.az

1Mənbələr