Ukrayna dronları Rusiyanın Volqoqrad vilayətindəki "Lukoyl" zavoduna hücum edib.
Far.Az xarici mediaya istinadən xəbər verir ki, ötən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Rusiyanın Volqoqrad vilayətində yerləşən "Lukoyl" şirkətinə aid qaz emalı zavodunu hədəfə alıb.
Hücum nəticəsində müəssisədə yanğın baş verib.
Qeyd olunur ki, sözügedən zavod Federal Cənub Dairəsi ərazisində fəaliyyət göstərən ən böyük qaz emalı müəssisəsidir.