Bakı, 9 oktyabr, AZƏRTAC
Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat müddəti uzadılıb.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirlib ki, qeydiyyat prosesi oktyabrın 10-u saat 18:00-dək uzadılıb.
Namizədlər https://portal.edu.az/ üzərindən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.