AZ

Hakan Çalhanoğlu karyerasını Türkiyədə davam etdirə bilər

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını ölkəsində davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, futbolçunun xidmətində “Qalatasaray” maraqlıdır.

Xəbərdə bildirilib ki, İstanbul klubu oyunçunun keçidini yayda həyata keçirə bilməsə də, qış transfer pəncərəsində reallaşdırmaq istəyir.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi bu mövsüm “İnter”in heyətində 6 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Hakanın İtaliya klubu ilə müqaviləsinin müddəti isə 2027-ci ilin yayına qədərdir.

Bizim.Media

Seçilən
6
6
bizim.media

7Mənbələr