AZ

"Ekoloji məsələlər" üzrə Alt İşçi qrupun növbəti iclası keçirildi

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən hazırlanmaqda olan "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində Nazirlər Kabinetinin Sərəncamı ilə yaradılmış "Ekoloji məsələlər" üzrə Alt İşçi qrupun növbəti iclası keçirilib.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ətraf mühitin mühafizəsi sahəsində 2027-2030-cu illərdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar, strateji fəaliyyət istiqamətləri, əsas prioritetlər və hədəflər müzakirə olunub, İşçi Qrupda təmsil olunan və digər aidiyyəti dövlət qurumlarının təklifləri dinlənilib.

Seçilən
10
8
publika.az

9Mənbələr