AZ

Azərbaycan boksçuları AÇ-də 5 medal qazandılar

Ajans.az xəbər verir ki, Bilalhəbaşi Nəzərov qızıl medal qazanıb. 50 kq çəkidə mübarizə aparan millinin lideri finalda italiyalı Tommaso Orlandonu 5:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu tituluna yiyələnib. Banuçiçək Nəsirli (48 kq) isə finalda Matilda Fraqnierlə (Fransa) üz-üzə gəlib. Rəqib qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.

Qeyd edək ki, daha öncə Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və İlkanə Əhmədova (+80 kq) üçüncü yeri tutublar.

Seçilən
26
14
Ajans.az

10Mənbələr