AZ

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyinin saytında yayılan məlumatda bildirilir ki, ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Editor.az xəbər verir ki, ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsinin Xüsusi Təyin olunmuş Vətəndaşlar siyahısına Çin və Hindistandan olan şəxslər də əlavə edilib.
Hüquqi şəxslərə də məhdudiyyətlər qoyulub.

Ukrayna, BƏƏ, Sinqapur, İran, Panama və Marşal adalarından olan şirkətlərə sanksiya tətbiq edilib. Bu şirkətlərin çoxu daşınma ilə məşğuldur. Fərdi gəmilərə də sanksiya verilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr