AZ

Real ın futbolçusunun evləndiyi xanım Vəfa Zeynalovanın qızıdır? AÇIQLAMA/FOTO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi “Real Madrid” futbol klubunun müdafiəçisi Din Heysenin qardaşı Daimen Heysen azərbaycanlı xanımla ailə həyatı qurub.Bizim.Media xəbər verir ki, İspaniyada keçirilən toy məclisində Əməkdar artist Vəfa Zeynalova da yer alıb.Gəlinin adının Lalə olması isə aktrisa ilə bağlı dedi-qoduların yaranmasına səbəb olub. Belə ki, sosial şəbəkədə Daimenin V.Zeynalovanın qızı Lalə ilə evləndiyi xəbərləri yayılıb.Aktrisa Axşam.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, Lalə onun yox, rəfiqəsinin övladıdır:"Rəfiqəmin qızıdır, ona görə toya dəvət almışam".Qeyd edək ki, V.Zeynalovanın Lalə və Səbinə adlı iki qız övladı var.Onu da əlavə edək ki, gəlin sabiq futbolçu Emin Məmmədovun bacısı Lalə Məmmədovadır.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
4
bizim.media

5Mənbələr