AZ

Paşinyan da Tacikistana getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 9-10-da Tacikistanda işgüzar səfərdə olacaq.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan Baş nazirinin Aparatı məlumat yayıb.

 

Qeyd olunub ki, Paşinyan Düşənbədə MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak edəcək.

 

Xatırladaq ki, Prezident İlham Əliyev də tacikistanlı həmkarı Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün bu gün Düşənbəyə səfər edib.

Seçilən
18
9
senzor.az

10Mənbələr