AZ

Xərçəngə qalib gələn meyvə

Xurma mağazalarda və bazarlarda ən çox satılan mövsüm meyvəsidir. 

Bu dadlı şərq meyvəsini uşaqlar da, yaşlılar da eyni dərəcədə sevir. 

Hit.az xəbər verir ki, xurma sadəcə ləzzətli deyil, eyni zamanda da sağlamlığımız üçün faydalıdır. 

Xurmada olan kaxetin və polifenollar iltihabönləyici və antinakterial xüsusiyyətlərə malikdir. 

Faydalı tərkibi sayəsində meyvə qrip və soyuqdəymə kimi mövsüm xəstəliklərindən orqanizmi müdaifə edir.

Xurmanın tərkibindəki yüksək kalium və maqnezium ürək və damarların normal işini qorumağa kömək edir.

Bu maddələr bədən üçün olduqca vacibdir, çünki ürək əzələsinin hüceyrələri maddələr mübadiləsində iştirak edir və onları enerji ilə təmin edirlər. 

Xurma xərçəng yaradan hüceyrələrin inkişafına mane olur. Bu da meyvənin tərkibində hüceyrə strukturlarını dağıdan, azad radikallarla mübarizə apara biləcək çox güclü antioksidant olan beta-karotinlə izah olunur.

Sevinc

Seçilən
36
23
hit.az

10Mənbələr