AZ

Qəzzaya yardım aparan gəmidə 2 Azərbaycan vətəndaşı olub - RƏSMİ

Oktyabrın 8-də Qəzzaya humanitar yardım aparan gəmidə saxlanılan Azərbaycan vətəndaşlarının Türkiyəyə geri qayıtması nəzərdə tutulur.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

O qeyd edib ki, saxlanılan şəxslər arasında olan 2 nəfər Azərbaycan vətəndaşı - Pərvin Əzimov və Orxan Səmədzadə ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar.

"İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur", - XİN rəsmisi bildirib.

Seçilən
19
28
manset.az

10Mənbələr