AZ

Rekordlar kitabına düşmək üçün görün nə etdi: Ölkə qanunu dəyişdi

Yeni zelandiyalı Lourens Uotkinsin dünyaca məşhur Rekordlar Kitabına düşmək arzusu onu ölkəsi ilə hüquqi mübahisəyə salıb. 1990-cı ildə o, adını 2 min 253 orta ad əlavə etməklə rəsmi şəkildə dəyişdirib. Bu qeyri-adi qərarı ilə həm dünyanın ən uzun rəsmi adı rekordunu qazanıb, həm də ölkəsində qanun dəyişikliyinə səbəb olub.

News24.az xəbər verir ki, Uotkins açıqlamasında deyib:

“İnsanların qəribə rekordlar qırması məni həmişə heyrətləndirib. Mən də bu siyahının bir hissəsi olmaq istədim. Bütün kateqoriyaları araşdıranda yalnız ən uzun ad sahəsində uğur qazana biləcəyimi gördüm". 

O dövrdə kompüterlər geniş yayılmadığı üçün 2 mindən çox adı tək-tək yazmaq və sənədləşdirmək çətin və baha başa gəlib. Bu məqsədlə yüzlərlə dollar xərcləyib.

Əvvəlcə yerli məhkəmə onun ad dəyişikliyi müraciətini qəbul etsə də, rəsmi qeydiyyat idarəsi sonradan bunu rədd edib. Uotkins qərarla razılaşmayaraq məsələni Yeni Zelandiyanın Ali Məhkəməsinə qədər qaldırıb. Nəticədə məhkəmədə qalib gəlib və yeni adı rəsmi şəkildə təsdiqlənib.

Hadisədən sonra hökumət gələcəkdə oxşar halların qarşısını almaq üçün iki qanunda dəyişiklik edib.

O vaxt kitabxanada işləyən Uotkins minlərlə adı müxtəlif kitablardan və dostlarının tövsiyələrindən topladığını bildirib. Onun ən sevdiyi ad isə “AZ2000” olub — yəni A hərfindən Z hərfinə qədər 2000 adı təmsil edən simvolik ad.

Rekordu qırdığına görə sevincli olsa da, gündəlik həyatda bir çox çətinliklərlə üzləşdiyini deyir. Ən böyük problemi isəadının heç bir rəsmi sənədə sığmaması olub.

Uotkins hadisəni zarafatla belə izah edib:

 “İnsanlara neçə adım olduğunu deyəndə, adətən mənə inanmırlar". 

Xeyrənsə

Seçilən
87
2
news24.az

3Mənbələr