AZ

Süzmə qatığın sağlamlığa inanılmaz FAYDALARI

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Süzmə qatıq həm qida dəyəri, həm də tərkibindəki faydalı bakteriyalarla sağlam qidalanmanın ayrılmaz hissəsidir.Bizim.Media xəbər verir ki, süzmə qatığın ən böyük üstünlüyü onun probiotik təsiridir.

 

Tərkibindəki faydalı bakteriyalar bağırsaq mikroflorasını bərpa edir, həzmi yaxşılaşdırır və immunitet sistemini gücləndirir. Bu xüsusiyyəti ilə süzmə qatıq xüsusilə mədə-bağırsaq problemlərindən əziyyət çəkən insanlar üçün tövsiyə olunur.

Süzmə qatıq yüksək miqdarda zülal ehtiva etdiyindən əzələlərin bərpasını və inkişafını dəstəkləyir. İdmanla məşğul olanlar üçün enerji və doyumluluq baxımından ideal seçimdir.Həmçinin uzun müddət toxluq hissi yaratdığı üçün arıqlamaq istəyənlərə də faydalıdır.Tərkibindəki kalsium və fosfor sümükləri və dişləri möhkəmləndirir, xüsusilə uşaqların və yaşlı insanların qidalanmasında mühüm rol oynayır.

 

Dəri sağlamlığına da müsbət təsir göstərən süzmə qatıq, B vitaminləri sayəsində dərini canlandırır və yaşlanmanı ləngidir.

Lakin mütəxəssislər qeyd edirlər ki, süzmə qatığı alarkən onun tərkibinə diqqət yetirmək vacibdir. Əlavə maddələr, duz və ya yağ qatılmış süzmə qatıq sağlamlıq üçün o qədər də faydalı olmaya bilər. Ən yaxşı seçim təbii, ev şəraitində hazırlanmış süzmə qatıqdır.Nəticə etibarilə, süzmə qatıq həm qidalandırıcı, həm də müalicəvi xüsusiyyətlərə malikdir.Gündə bir porsiya süzmə qatıq istehlak etmək bağırsaqları qoruyur, immuniteti gücləndirir və bədəni enerji ilə təmin edir. (e-saglam.az)Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
bizim.media

3Mənbələr