AZ

Azərbaycan millisi bu gün Fransa ilə oyuna çıxacaq

Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində 3-cü tur oyununa çıxacaq.

Missiya.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Fransanın qonağı olacaq. 

Bildirilib ki, paytaxt Parisdəki “Park de Prens” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qeyd edək ki, Fransa milli komandası hazırda 6 xalla D qrupunda liderdir, Azərbaycan isə 1 xalla sonuncu pillədə yer alır.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
27
21
missiya.az

10Mənbələr