AZ

Azərbaycanda Türkologiya Akademiyasının yaradılması təklif edilir

BAKI, 10 oktyabr. TELEQRAF

2026-cı ildə Türk Dövlətləri Təşkilatı üzvlərinin iştirakı və dəstəyi ilə Azərbaycanda Türkologiya Akademiyasını yaratmaq olar.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

“Orada təkcə türk dili ailəsi yox, fin-uqor ailəsinə daxil olan bütün xalqların ortaq dilinin inkişafı ilə bağlı mühüm tədqiqatlar aparıla bilər”, - deyə millət vəkili qeyd edib.

Seçilən
16
3
teleqraf.com

5Mənbələr